Türk Dövlətləri Təşkilatına üzv olan milli cəmiyyətlərin onlayn görüşü keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Türk Dövlətləri Təşkilatına üzv olan milli cəmiyyətlərin onlayn görüşü keçirilib

16 yanvar 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatına üzv olan milli cəmiyyətlərin  onlayn görüşü keçirilib. Görüşdə gələcək fəaliyyət planları və atılacaq addımlar müzakirə edilib. Görüş çərçivəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə Türk Dövlətlərinə üzv olan ölkələrin Milli Qızıl Aypara Cəmiyyətləri arasında 2025-ci il birgə fəaliyyət planları müzakirə olunub. 2025-ci il birgə iş planının I rüblüyündə Katibliyin yaradılması və İş planının yekunlaşdırılması, Könüllülərin İdarəetmə Sistemi, Beynəlxalq məlumatlandırma Şəbəkəsinin yaradılması kimi vacib amillərin həlli nəzərdə tutulub. II rüblükdə 11-13 aprel Antalya diplomatik forumu və Məsləhət komitəsinin hibrid iclasının keçirilməsi nəzərədə tutlub.