AzQAC-ın əməkdaşı COP-29 layihəsi çərçivəsində Təşəkkürnamə ilə təltif olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşı COP-29 layihəsi çərçivəsində Təşəkkürnamə ilə təltif olunub
 A staff member of the Red Crescent Society of Azerbaijan receives a certificate of appreciation as part of the COP-29 project.

2024-cü il 11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) 29-cu sessiyasında fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təltif olunmaq Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı ,Təchizat Sektorunun Rəhbəri Vəfa Əliyeva üçün böyük qürur və şərəfdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov da bu nailiyyət münasibətilə Vəfa Əliyevanı səmimi qəlbdən təbrik etdi. O, Vəfa xanıma gələcək fəaliyyətində uğurlar diləyərək, onun iqlim dəyişikliyi ilə mübarizə və humanitar sahədə göstərdiyi səylərin davamlı olmasını arzuladı.
Təbriklərdən sonra xatirə şəkli çəkildi.