AzQAC və BQXK-nın birgə əməkdaşlığı çərçivəsində mina və partlamamış hərbi sursatların təhlükələrinə dair 2024-cü ilin yekunları ilə əlaqədar görüş təşkil olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC və BQXK-nın birgə əməkdaşlığı çərçivəsində mina və partlamamış hərbi sursatların təhlükələrinə dair 2024-cü ilin yekunları ilə əlaqədar görüş təşkil olunub
As part of the joint cooperation between the AzRCS and the ICRC, a meeting was organised on the results of 2024 on the dangers of mines and unexploded ordnance

21-24 yanvar 2025-ci il tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qazax, Gədəbəy, Tovuz, Daşkəsən, Tərtər, Ağdam, Bərdə, Füzuli, Cəbrayıl, Goranboy, Xocavənd, Sumqayıt şəhər və rayon bölmələrinin əlaqələndirici (lider) könüllülərinin iştirakı ilə Naftalan şəhərində 4 günlük təlim təşkil olunub.
Tədbirdə Azərbaycan Qızıl Cəmiyyətinin İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Şaban Şayev, Silahlara Qarşı Mübarizə proqramına məsul şəxs Məmməd Kətanov, layihənin əlaqələndirici əməkdaşları Əliağa Abbasov və Renat Vəliyev, AzQAC Qarabağ regional mərkəzinin koordinatoru Afaq Hüseynova, mobil könüllü dəstələrin işləri üzrə koordinator Nigar Rüstəmzadə,  BQXK-nın Azərbaycan nüməyəndəlik rəhbərinin  əməliyyatlar üzrə müavini İgnacio Casarec  Garcia, Silahların Yaratdığı Təhlükələr proqramının koordinatoru Bishnu Mahat, əməkdaşlıq şöbəsinin rəhbəri Zubair Muhammad Khan, Silahların yaratdığı təhlükələr şöbəsinin  əməkdaşları  Rövşən Hümbətov, Nicat Məmmədov və Çingiz Rəhmanov  iştirak etdilər.
 
Tədbirdə çıxış edənlər əldə olunan uğurlar və gələcək perspektivlər,eyni zamanda layihəyə tətbiq olunacaq yeni təlimatlar  haqqında ətraflı məlumat veriblər. Görüşün sonunda layihənin aktuallığı bir daha qeyd olunaraq  2025-ci il ərzində də davam etdirilməsi məqbul hesab edilib.