Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində yardım paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nizami rayon bölməsində yardım paylanılıb
 Nizami District Branch of the AzRCS distributes humanitarian aid to vulnerable people

Nizami rayon bölməsində qeydiyyatda olan şəhid, qazi və aztəminatlı ailələrə Gəncliyə Yardım Fondu və Dəniz Fənərinin dəstəyi ilə geyim və yataq dəstləri paylanılıb. Tədbirdə Gəncliyə Yardım Fondunun müavini İbrahim Vəkilov, Dəniz Fənərinin nümayəndəsi, Nizami rayon İcra hakimiyyətinin müavini Könül Həsənova, Qızıl Aypara Cəmiyyətinin Vitse-Prezidenti  Əziz Qocayev iştirak ediblər.
Qızıl Aypara Cəmiyyətinin Vitse-Prezidenti Əziz Qocayev çıxış edərək bu il cəmiyyətimizin 105 illik yubileyi münasibətilə belə silsilə tədbirlərin keçiriləcəyini bildirib.
Sonda 85 nəfər tədbir iştirakçılarının hər birinə 1 qutu yataq desti və 1 bağlama geyim dəsti təqdim olunub.
Yardım alan insanlar da onlara göstərilən qayğı və dəstəyə görə Aypara Cəmiyyətinə, Gəncliyə Yardım Fondu və Dəniz Fənər təşkilatına öz minnətdarlığını bildirib.