AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən “Gənclər Günü” İntellektual bilik yarışması keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən “Gənclər Günü” İntellektual bilik yarışması keçirilib
 Sumgayit city branch of the AzRCS held "Youth Day" intellectual knowledge contest

3 fevral 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Mehdi Hüseynzadə stadionunun akt zalında gənclər təşkilatları arasında “Gənclər Günü” və Qızıl Aypara Cəmiyyətinin 105 illiyinə həsr olunmuş intellektual “Bilik ”yarışı keçirilib. Yarışın yekun nəticəsinə əsasən I yeri Sumqayıt Dövlət Texniki Kolleci, II yer Gənclər Evi, III yeri Gənclər İnkişaf Karyera Mərkəzinin komandası layiq görülüb. Qalib komandalara Kubok və Diplomları AzQAC Sumqayıt Regional Mərkəzin koordinatoru Mətanət Məhərrəmova, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov və Sumqayıt şəhər bölməsinin sədri Şəhriyar Əliyev tərəfindən təqdim edilib.