Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk Qızılayın Azərbaycandakı nümayəndəliyi ilə birgə “Sevgi Evi Qadın və Uşaq Sığınacağı” mərkəzinə baş çəkiblər

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk Qızılayın Azərbaycandakı nümayəndəliyi ilə birgə “Sevgi Evi Qadın və Uşaq Sığınacağı” mərkəzinə baş çəkiblər
 The staff members of the AzRCS, together with the representatives of the Turkish Red Crescent Society Representation in Azerbaijan, visited the “Sevgi Evi:Women and Children's Shelter”

30 yanvar 2025 -ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Türk Qızılayın nümayəndəliyi ilə birgə “Sevgi Evi Qadın və Uşaq Sığınacağı”nda Geyim Dəstəyi Proqramı çərçivəsində kampaniya keçiriblər.
Tədbirdə Türk Qızılayın nümayəndəsi Hüseyn Çıtak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Elşən Səlimzadə, Təchizat sektorunun rəhbəri Vəfa Əliyeva, Bakı Regional Mərkəzinin koordinatoru Rəna xanım və könüllüləri iştirak ediblər.
Sevgi Evi Qadın və Uşaq Sığınacağı evində uşaqlara lazım olan üst qış geyimləri, hamam dəstləri, yataq dəstləri paylanılıb.
Uşaqlara göstərilən qayğı və diqqətə görə sığınacağın rəhbəri Könül Qasımova öz adından və uşaqların adından Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və Türk Qızılayının nümayəndəliyinə minnətdarlığını bildirib.