AzQAC Sumqayıt şəhər bölməsi üç ehtiyaclı uşağa yardım edib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsi üç ehtiyaclı uşağa yardım edib
6
fevral 2025-ci il tarixində nənə, baba himayəsində olan üç azyaşlı uşaq sevindirilib.
Bu ailəylə tanışlığımıza səbəbkar Respublikanın Əməkdar jurnalisti, yazıcı-publisist,
sumqayıtlıların və hər birimizin sevimlisi Eyruz Məmmədov olub. AzQAC Sumqayıt
şəhər bölməsinin gətirdiyi yataq döşəyi, isti adyallar, qış çəkmələri, oyuncaqlar,
ərzaq bağlamaları ailənin sevincinə səbəb olub. Nənə yaşadığı şəraitlə könüllüləri
tanış edib və durumları barədə məlumat verib. Sumqayıt Regional Mərkəzinin
koordinatoru Məhərrəmov və könüllülərimiz də bu yardıma qatılaraq, ailənin
ehtiyaclarını qarşılamağa kömək etdilər.