AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-ın Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonya Bjorklundu ilə görüşüb

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın prezidenti Novruz Aslanov BQXQACF-ın Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonya Bjorklundu ilə görüşüb
The President of the AzRCS, Novruz Aslanov, met with Sonja Bjorklund, Head of the IFRC Cluster Delegation for the South Caucasus countries

12 fevral 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov AzQAC-ın Baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonya Bjorklundu qəbul edib. Görüşün məqsədi iki təşkilat arasında əməkdaşlığın inkişafı, növbəti illər üçün strateji planın hazırlanması və gələcək birgə layihələrin müzakirəsi olub.Novruz Aslanov humanitar fəaliyyətlər istiqamətində tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı dəstəyin vacibliyini vurğulaıyıb. Bu sahədə Beynəlxalq Federasiyanın əməkdaşlıq səylərinin artırılmasını önə çəkib. İşgüzar şəraitdə keçən görüşdə ənənəvi layihələrə nəzər salınıb, yeni çağırışlarla və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.