Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin Fövqəladə Mobil Könüllü Dəstəsinin üzvləri tərəfindən Gənclər evinin bir qrup könüllü gənclərinə İlk Yardım mövzusunda praktiki seminar keçirilib. Könüllülərə huşsuz, nəfəs alan və bərpa vəziyyəti, tənəffüs yollarının tutulması, qanaxma, sınıqlar, yaralar və yanıqlar mövzusu ətrafında geniş məlumat verərək praktiki olaraq göstərilib. Könüllüləri maraqlandıran suallar cavablandırılıb.