Mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə sessiyalarımıza start verilib

Əsas səhifə / XƏBƏRLƏR / Mina və partlamamış hərbi sursatların təhlükələrinə dair maarifləndirmə sessiyalarımıza start verilib

10-14 fevral 2025-ci il tarixlərində Ağdam rayonun Əhmədağalı kəndində və Tərtər rayonunun Şıxax qəsəbəsində  keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı  yerlərdə "Risklər barədə maarifləndirmə və təhlükəsiz davranış" mövzusunda mina təhlükəsinə dair maarifləndirici təlimlər həyata keçirilib.
Təlimlərin əsas məqsədi sakinlər arasında mina və partlamamış hərbi sursatlarla (PHS) bağlı məlumatlılığı artırmaq, mümkün risk faktorunu minimuma endirməkdir. Təlimlər zamanı qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanlar, təhlükə zamanı müraciət edilə biləcək dövlət qurumları və əlaqə vasitələri barədə ətraflı məlumatlar verilib. Fəaliyyət müddətində layihə rəhbəri Məmməd Kətanov və layihə əlaqələndirici Əliağa Abbasov yerli qurumlarla müvafiq koordinasiyanı təşkil edərək könüllülərlə birlikdə ərazidə olublar.
Bu fəaliyyətlərin həyata keçrilməsində göstərdikləri hərtərəfli dəstəyə görə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ANAMA Agentliyinin rəhbərliyinə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, üzvləri və könüllüləri adından dərin təşəkkürümüzü bildiririk.