AzQAC-ın sağlamlıq və qayğı şöbəsinin könüllüləri “Green Team” maarifləndirmə prosesini davam edir

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın sağlamlıq və qayğı şöbəsinin könüllüləri “Green Team” maarifləndirmə prosesini davam edir

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin könüllüləri “Green Team” maarifləndirmə işini apararaq müxtəlif icmalarda fəaliyyətlərini davam edir və əsas prinsip sərbəst şəkildə maarifləndirmə işlərini apararaq sağlamlıq üzrə şəbəkə genişləndirilib. 

15 fevral 2025-ci il tarixində Binəqədi qəsəbəsində yerləşən "Gold Ianguage " tədris mərkəzində Dr Həmidə Əliəvsərova, sağlamlıq şöbəsinin könüllüsü, uşaq və yeniyetmələr, analar  üçün "Zərərli vərdişlərə yox deyək!" adlı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə  siqaret, alkoqol və narkotik maddələrin zərərləri haqqında məlumat verilib. Həm şagirdlər, həm də valideynlər tədbirdə çox fəal iştirak ediblər və gələcəkdə müxtəlif mövzularda belə tədbirlərin davamlı olmasını xahiş ediblər.