BQXQACF-nin Cənubi Qafqaz ölkələr üzrə nümayəndəsi AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub
Əsas səhifə / XƏBƏRLƏR / BQXQACF-nin Cənubi Qafqaz ölkələr üzrə nümayəndəsi AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara
Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin
rəhbəri xanım Sonja Bjorklund AzQAC Sumqayıt şəhər bölməsinin qonağı olub. Sonya
xanımı BQXKQACF-in Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Aleksandr
Mordovin müşayət edib. Həmçinin Azərbaycan QAC-nin vitse-prezidenti Əziz
Qocayev və İcraçı katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə
İsgəndərova görüşdə iştirak ediblər. Ofislə tanışlıqdan sonra qonaqlara
foto-slayd əsasında bölmənin fəaliyyəti ilə bağlı hazırlanmış təqdimatı bölmənin
sədr müavini Lalə Cəlilzadə təqdim edib. AzQAC Sumqayıt Regional Mərkəzin
koordinatoru Mətanət Məhərrəmova “Faktlar və Rəqəmlər” başlıqlı 2024-cü ilin
bölmə fəaliyyətinə həsr olunmuş kitabcanı təqdim edib.