AzQAC-ın əməkdaşları Türk Kızılayının nümayəndəsi ilə birlikdə Şağan qəsəbəsində yerləşən 2 saylı uşaq evini ziyarət ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları Türk Kızılayının nümayəndəsi ilə birlikdə Şağan qəsəbəsində yerləşən 2 saylı uşaq evini ziyarət ediblər

12 fevral 2025-ci il tarixində Şağan qəsəbəsində yerləşən 2 saylı uşaq evində görüş keçirilib.
Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (BQXQACF) Cənubi Qafqaz ölkələri üzrə klaster nümayəndəliyinin rəhbəri Sonja Bjorklund, Türk Qızılayının nümayəndəsi Hüseyn Çıtak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavinləri Elşən Səlimzadə və Xalidə İsgəndərova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Hüseynzadə, Təchizat sektorunun rəhbəri Vəfa Əliyeva, Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova və Regional Mərkəzin könüllüləri iştirak ediblər.
Görüş çərçivəsində uşaqlara geyim dəstləri təqdim olunub. Hədiyyələri böyük sevinc və məmnuniyyətlə qəbul edən uşaqlar öz minnətdarlıqlarını ifadə ediblər.