17
fevral 2025-ci il tarixində Gəncə şəhərində Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin yaranmasının 105 illiyi münasibətilə Nizami məqbərəsinin ətrafında
və Əziz Əliyev parkında genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Tədbirdə
Gəncə Regional Mərkəzinin koordinasiyası ilə Gəncə, Goranboy-Naftalan, Qazax,
Ağstafa, Tovuz, Gədəbəy, Samux, Şəmkir, Daşkəsən və Göygöl rayon bölmələrinin
sədrləri iştirak ediblər.
Aksiya
çərçivəsində müxtəlif növ ağaclar əkilərək yaşıllaşdırma işlərinə töhfə
verilib. İştirakçılar ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın
qorunmasının vacibliyini vurğulayaraq, gələcək nəsillər üçün daha yaşıl və
sağlam bir mühitin yaradılmasına öz töhfələrini verdiklərini bildiriblər.