AzQAC, Türk Qızıl Ayının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə Uşaq Onkologiya Mərkəzinə baş çəkib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC, Türk Qızıl Ayının Azərbaycandakı nümayəndəliyi ilə birlikdə Uşaq Onkologiya Mərkəzinə baş çəkib

15 fevral 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Türk Qızılayının Azərbaycandakı nümayəndəliyi birgə şəkildə Milli Onkologiya Mərkəzinin Uşaq şöbəsinə baş çəkərək “Qış geyimləri” kampaniyasını həyata keçiriblər. Aksiyanın məqsədi müalicə alan uşaqlara dəstək olmaq, onlara qayğı və sevgi göstərmək, eləcə də onların soyuq qış günlərində daha rahat və isti geyimlərlə təmin edilməsi olub.
Tədbirdə Türk Qızılayın nümayəndəsi Hüseyn Çıtak, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin müavini Elşən Səlimzadə,  İcraçı katibinin müavini Xalidə İsgəndərova, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq Hüseynzadə, Yasamal rayon bölməsinin sədri Şucaət İsmayılov və Regional mərkəzlər və yerli bölmələrlə iş şöbəsinin müdiri Nicat Qəniyev iştirak edib.
Tədbir çərçivəsində klinikada müalicə alan uşaqlara qış geyim dəstləri təqdim edilib. Uşaqlara göstərilən diqqət və qayğıya görə Mərkəzin rəhbərliyi, həm öz adından, həm də uşaqların adından, Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və Türk Qızılaya minnətdarlığını bildirib. Görüş xoş və səmimi mühitdə keçib, uşaqlar üçün unudulmaz bir gün yaşanıb.