Qaradağ rayonunda AzQAC-in icmaya əsaslanan sağlamlıq sahəsində maarifləndirici tədbiri keçirilib
Əsas səhifə / XƏBƏRLƏR / Qaradağ rayonunda AzQAC-in icmaya əsaslanan sağlamlıq sahəsində maarifləndirici tədbiri keçirilib
18 Fevral 2025-ci il tarixində Qaradağ Rayonu Buta qəsəbəsində yerləşən 184 saylı tam
orta məktəbdə “Reproduktiv sağlamlıq” mövzusunda seminar təşkil edilib. Tədbirdə
Gənclər İdman Nazirliyinin Qaradağ Rayonu üzrə
İdarəsinin rəhbəri Elçin Abasov və AzQAC-ın Qaradağ RB sədri N.Eyvazov
iştirak etmiş, bu kimi maarifləndirici tədbirlərin keçirilməsini müsbət qiymətləndirmişdir.
Seminarda
Cəmiyyətin “İcmaya əsaslanan Sağlamlıq” proqramının mütəxəssisi Mətanət
Qaraxanova AzQAC-in icmalarda əhalinin sağlam olması üçün səhiyyə maarifi
işinin həyata keçirilməsinin vacib olduğunu qeyd etmişdir. Reproduktiv
sağlamlıq mövzusu ilə əlaqədar Azərbaycan Tibb Universitetinin ginekologiya
kafedrasının assistenti, t.e.ü.f.d. Günay Məmmədli geniş şəkildə məlumatları təqdim
edib. Bununla yanaşı, tədbirdə “Bella” şirkəti və “Güvən” Dayə xidmətinin
nümayyəndələri iştirak etmiş, şagirdlərin sağlamlıqlarına dair faydalı məlumatlarla
çıxış ediblər.