AzQAC Cəbrayıl rayon bölməsi məktəblilər üçün “Mina Təhlükəsizliyi və Maarifləndirmə”sessiyaları keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Cəbrayıl rayon bölməsi məktəblilər üçün “Mina Təhlükəsizliyi və Maarifləndirmə”sessiyaları keçirib
 Jabrayil district branch of the Azerbaijan Red Crescent Society held "Mine safety and awareness" sessions for schoolchildren

24 fevral 2025-ci il tarixində Saatlı rayonu Əlisoltanlı köçkün qəsəbəsində yerləşən Cəbrayıl rayonu Tatar kənd tam orta məktəbində şagirdlər üçün “Minalar və silahların yaratdığı təhlükələrə qarşı mübarizə” mövzusunda maarifləndirmə sessiyaları keçirilib.
Sessiyalar zamanı şagirdlərə minaların və partlamamış hərbi sursatların yaratdığı risklər, onlardan qorunma yolları və təhlükə ilə qarşılaşdıqları halda necə davranmalı olduqları barədə ətraflı məlumat verilib. Təlimlər interaktiv formada aparılıb, iştirakçılara xüsusi təqdimatlar nümayiş etdirilib və onların sualları cavablandırılıb.
Maarifləndirmə tədbirlərinin məqsədi şagirdlərin təhlükəsizlik biliklərini artırmaq, onları potensial təhlükələrdən qorumaq və təhlükəli ərazilərdə davranış qaydalarını öyrətmək olub.