Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyasında iştirak edib
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti qanvermə aksiyasında iştirak edib
26 fevral tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti MUSİAD Azərbaycan şirkətində təşkil olunan qanvermə aksiyasında iştirak edib. Tədbir zamanı insanlar könüllü olaraq qan bağışlayaraq ehtiyacı olan şəxslərə ümid olublar.
Bu xeyriyyə aksiyasında Türk Qızıl Ayı və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə iştirak edib . Aksiya çərçivəsində iştirakçılarla maarifləndirici söhbətlər aparılıb, qanvermənin insan sağlamlığı və cəmiyyət üçün əhəmiyyəti barədə ətraflı məlumat verilib. Qan donorluğunun təbliğ edilməsi və insanların bu humanitar fəaliyyətə təşviq olunması tədbirin əsas məqsədlərindən biri olub.