AzQAC Xocavənd Rayon bölməsi İstanbulda Xeyriyyə və Qanvermə aksiyalarında iştirak edib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Xocavənd Rayon bölməsi İstanbulda Xeyriyyə və Qanvermə aksiyalarında iştirak edib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Xocavənd rayon bölməsinin nümayəndələri Türk Qızıl Ayının İstanbul Şöbəsi Başqanlığı ilə görüş keçiriblər. Görüş zamanı humanitar fəaliyyət, gələcək əməkdaşlıq imkanları və qarşılıqlı təcrübə mübadiləsi kimi mövzular müzakirə edilib.
 
Bundan əlavə, Xocavənd rayon bölməsinin əməkdaşları xeyriyyə yardımlaşma tədbirində və qanvermə aksiyasında iştirak ediblər. Xeyriyyə tədbiri çərçivəsində sosial həmrəylik prinsiplərinin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslər irəli sürülüb. Qanvermə aksiyasında isə könüllü olaraq donor kimi iştirak edərək ehtiyacı olan insanların sağlamlığına dəstək olublar.