AzQAC əməkdaşları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif olunub

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC əməkdaşları Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən təltif olunub
 The Ministry of Emergency Situations of the Republic of Azerbaijan awards employees of the AzRCS

4 mart 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin (BAXD), Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-Xilasetmə Məsləhət Qrupunun (INSARAG) beynəlxalq sinifləndirilməsi prosesindəki faydalı əməkdaşlığına görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən "Əməkdaşlığa görə" döş nişanı ilə təltif olunmuşdur. Tədbirdə Sumqayıt Regional Mərkəzinin Koordinatoru Mətanət Məhərrəmova, İcraçı Katibin müavini Elşən Səlimzadə, Sağlamlıq şöbəsinin müdiri Aminə Cabbarova, Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə Məsləhətçi Nigar Qədəşova və Nuranə Qasimzadə iştirak ediblər. Bu beynəlxalq sinifləndirmə prosesi Azərbaycanın axtarış-xilasetmə potensialının beynəlxalq standartlara uyğunluğunu təsdiq etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.