AzQAC Qanvermə aksiyası keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Qanvermə aksiyası keçirib

5 mart 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən təşkil edilən qanvermə aksiyası ADPU-da uğurla başa çatıb. Bu tədbir sosial məsuliyyətin və yardımlaşmanın önəmini vurğulayan və ehtiyacı olan insanlara həyati əhəmiyyət kəsb edən qan təminatını artırmaq məqsədini güdür. AzQAC tərəfindən keçirilən bu aksiyada 100-ə yaxın könüllü iştirak edib və qan verib, həmçinin üzvləri və əməkdaşları da fəal iştirak ediblər. Qanvermə aksiyası, hər birinin canını qurtarmaq üçün çox mühüm bir addım olduğu halda, insanların ehtiyacı olan qanla təmin edilməsinə kömək etdi. Könüllülərin böyük bir əzmlə iştirak etdiyi aksiyada, həmçinin qan vermə prosesinin təhlükəsizliyi və tibbi cəhətdən düzgünlüyü də diqqətlə izlənilib. Qanvermə aksiyası ADPU-nun əsas binasında baş tutub və burada peşəkar tibb heyəti tərəfindən müvafiq müayinələr və prosedurlar həyata keçirilib. Aksiya iştirakçıları, qan vermədən əvvəl tibbi müayinədən keçərək sağlamlıq durumlarının qan verməyə uyğun olub-olmadığını yoxlanılıb. Aksiyada iştirak edənlər həmçinin qan vermə prosesinin insan orqanizmi üzərindəki müsbət təsirləri barədə məlumatlandırılıblar. AzQAC-ın əməkdaşları qanvermə aksiyasına qatılan hər bir iştirakçıya təşəkkür edərək, onlara bu müsbət addımlarını davam etdirmələri üçün çağırış edirlər.