4 mart 2025-ci il
tarixində Sumqayıt şəhəri Muğam Mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
105 illik yubileyi münasibəti ilə Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı
ilə Sumqayıt şəhəri ümumtəhsil məktəbləri arasında “Qızıl Aypara 105 il şagirdlərin
gözü ilə” rəsm müsabiqəsi kecirilib. Rəsm sərgisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti, Millət Vəkili Novruz Aslanov, Sumqayıt şəhər İcra Hakimiyyətinin
birinci müavini Teymur Səmədov, FHN-nin Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik
Vaqif Fətullayev, Sumqayıt Təhsil sektorunun müdiri İman Ağayev, rəsm müsabiqəsinə
qatılan şagirdlər və məktəbin müəllimləri, mütəxəssis peşəkar rəssamlar və bir
qrup şəhər ictimaiyyəti iştirak edib.
AzQAC Sumqayıt
Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova qonaqları və tədbir iştirakçılarını salamlayaraq, Qızıl Aypara Cəmiyyətinin
kecdiyi şərəfli yoldan, Sumqayıt şəhər bölməsinin fəaliyyəti haqqında qısa məlumat
verərək sözü Cəmiyyətin prezidenti, Millət Vəkili Novruz Aslanova verib. Novruz
Aslanov Cəmiyyətə göstərilən dövlət qayğısından, Aypara Cəmiyyətinin kecdiyi
inkişaf yolundan danışıb. Sumqayıt İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun
Sumqayıt ayparacılarına diqqətini xüsusi qeyd edib. Novruz Aslanov maraqlı və
düşündürücü rəsmlərə görə kicik rəssamlara öz təşəkkürünü bildirdi.
Qarşıdan gələn 105
illik yubiley münasibəti ilə AzQAC əməkdaşlarına, başda Novruz Aslanov olmaqla,
bütün əməkdaşları və könüllüləri yubiley münasibəti ilə təbrik edərək, ən xoş
arzularını bildirib. Daha sonra seçilən şagirdlərə diplomlar, iştirakçı
sertifikatları və hədiyyələr verilib.