Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “1542” Çağrı mərkəzində “Açıq qapı” günündə iştirak edib
Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə “1542” Çağrı mərkəzində “Açıq qapı” günündə iştirak edib
“Açıq
qapı” günündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Bakı Regional Mərkəzinin
koordinatoru Rəna İbrahimova və “İcmaya əsaslanan Sağlamlıq” proqramının
məsləhətçisi Mətanət Qaraxanova təmsil ediblər. Tədbirin keçirilməsində məqsəd
media və vətəndaş cəmiyyəti nümayəndələrini qurumun Çağrı mərkəzinin fəaliyyəti
ilə əyani tanış etmək, zənglərin cavablandırılması və qeydə alınması
proseslərini izləmələrinə şərait yaratmaq, onları maraqlandıran sualları
cavablandırmaq, həmçinin təqdim olunan yeni xidmətlər barədə
məlumatlandırmaqdır.
“1542”
Çağrı xidməti 24/7 fəaliyyət göstərir. 45 nəfər əməkdaşdan ibarət Çağrı mərkəzi
xidməti əməliyyat qrupu, araşdırma qrupu və dəstək qrupundan ibarətdir. Zənglər
həm canlı rejimdə, həm də aylıq qiymətləndirmə məqsədilə mütəmadi olaraq
dinlənilir, aşkar olunan nöqsanlarla bağlı əməkdaşlar təlimatlandırılır.