Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illiyi münasibətilə Bərdədə ağacəkmə aksiyası keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illiyi münasibətilə Bərdədə ağacəkmə aksiyası keçirilib
 Tree planting campaign held in Barda city to mark 105th anniversary of the AzRCS

4 mart 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranmasının 105 illiyi münasibətilə Bərdə şəhərində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada həm əməkdaşlar, həm də könüllülər iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif növ ağaclar əkilərək yaşıllaşdırma işlərinə töhfə verilib. İştirakçılar ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasının vacibliyini vurğulayaraq, gələcək nəsillər üçün daha yaşıl və sağlam bir mühitin yaradılmasına öz töhfələrini verdiklərini bildiriblər.