8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə, 6 mart
2025-ci il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə
İbayeva və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Cəbrayıl rayon bölməsinin əməkdaşı,
Birinci Qarabağ müharibəsi şəhidinin anası Vəliyeva Səkinə İdris qızını evində
ziyarət ediblər.
Görüş zamanı şəhid ailələrinə göstərilən diqqət və qayğıdan
danışılıb, onların cəmiyyət üçün xüsusi dəyərə malik olduğu vurğulanıb. Şəhid
anasına bayram münasibətilə xoş arzular çatdırılıb, ona xatirə hədiyyəsi təqdim
olunub. Səkinə Vəliyeva göstərilən diqqət və qayğıya görə minnətdarlığını
bildirib.