AzQAC əməkdaşları “Qızıl Aypara” medalı ilə təltif olunub
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC əməkdaşları “Qızıl Aypara” medalı ilə təltif olunub
10 mart 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
əməkdaşları - Tovuz rayon bölməsinin sədri Qəməndər Məmmədov, Təchizat
Sektorunun Rəhbəri Vəfa Əliyeva, Regional Mərkəzlər və Yerli bölmələrlə iş şöbəsinin
müdiri Nicat Qəniyev “Qızıl Aypara” medalı ilə təltif olunublar. Azərbaycan
Qızıl Aypara Cəmiyyətinin Prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov da
bu nailiyyət münasibətilə hər bir əməkdaşı səmimi qəlbdən təbrik edib.