AzQAC Bakı Regional Mərkəzi Ramazan ayı münasibəti ilə insanları sevindirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Bakı Regional Mərkəzi Ramazan ayı münasibəti ilə insanları sevindirib

11 mart 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində hər il olduğu kimi Müsəlman xalqının müqəddəs "Ramazan ayı" münasibətilə ilə, xeyriyyəçi tərəfindən ehtiyacı olan 100 nəfər kimsəsiz qocalara, aztəminatlı ailələrə, əlillərə hər biri 150 AZN dəyərində olan ərzaq qutusu paylanılıb.

Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova hər kəsi salamlayaraq onları müqəddəs "Ramazan ayı " münasibəti ilə təbrik edərək ürək sözlərini və rəhbərliyin salamlarını çatdırıb.
Yardım alan insanlar hər zaman onlara göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.