AzQAC Sumqayıt şəhər bölməsində Türk Kızılayın Ramazan kampaniyası çərçivəsində ehtiyaclı ailələr sevindirilib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt şəhər bölməsində Türk Kızılayın Ramazan kampaniyası çərçivəsində ehtiyaclı ailələr sevindirilib
Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin təşkilatçılığı ilə Türk Kızılayın 2025-ci il Ramazan kampaniyası
çərçivəsində digər bölgələr kimi Sumqayıt şəhər bölməsinin ahılları və imkansız
aztəminatlı ailələri də sevindirilib. Belə ki, 75 ailə üçün ərzaq qutusu
ailələrə paylanılıb. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcraçı katibinin
müavini Elşən Səlimzadənin müşayəti ilə Türk Kızılayın Azərbaycandakı
nümayəndəsi Hüseyn Çitak yardım kampaniyasında iştirak ediblər. QAC Sumqayıt
Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova Hüseyn Çitaka Sumqayıt
bölməsinin ehtiyaclı ailələrini diqqətdə saxladıqları üçün öz adından
minnətdarlığını bildirib. Tədbirə gələ bilməyən ahılların ərzaq qutuları
evlərinə çatdırılıb.