Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Ramazan ayı ilə əlaqədar yardım paylanılıb

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində Ramazan ayı ilə əlaqədar yardım paylanılıb
 Humanitarian aid distributed by the Nizami district branch of the Azerbaijan Red Crescent Society on the occasion of the holy month of Ramadan

12 mart 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsində hər il olduğu kimi Müsəlman xalqının müqəddəs "Ramazan ayı" qeyd olunub.
Tədbirdə Türk Qızılayın nümayəndəsi Hüseyn Çıtak, Azərbaycan Qızıl Aypara  Cəmiyyətinin  baş katibinin müavini Elşən Səlimzadə və İtaliya Qızılayın Qafqaz bölgə nümayəndəsi Simona Rescigno yardım kampaniyasında iştirak ediblər.
Bakı Regional Mərkəzin koordinatoru Rəna İbrahimova Qızıl Aypara Cəmiyyətinin yaranmasından danışıb və cəmiyyətimizin 105 illik yubileyi münasibətilə ilə hər kəsi təbrik edib.
75 nəfər tədbir iştirakçılarının hər birinə 1 qutu ərzaq bağlaması təqdim olunub. Sonda bir neçə yataq xəstəsi olan ehtiyaclı insanların evinə gedərək onlara da yardım qutuları çatdırılıb.
Yardım alan insanlar onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.