AzQAC əməkdaşları “Məktəb və icmalarda Fəlakət risklərinin azadılması” layihəsində iştirak ediblər

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC əməkdaşları “Məktəb və icmalarda Fəlakət risklərinin azadılması” layihəsində iştirak ediblər
 The staff of the Azerbaijan Red Crescent took part in the presentation of the "Community and School-based Disaster Risk Reduction" project

13 Mart 2025-ci il tarixində Cənubi Qafqaz və İtaliya Qızıl Xaçın nümayəndəsi Simona Rescigno,    Azərbaycan Qızıl Aypara Cəmiyyətində  İtaliya Qızıl Xaç tərəfindən yeni təsdiqlənmiş layihə üzrə əməkdaşları ilə  görüş keçirib.
Görüşdə İcraçı katibin müavini Elşən Səlimzadə, “İcma və məktəb, fəlakət risklərinin azaldılması” layihəsinin məsləhətçisi Faiq Tahirov, Sağlamlıq və Qayğı şöbəsinin müdiri Əminə Cabbarova, Baş İqtisad-xəzinədar İradə İbrahimova,  Sağlamlıq və Qayğı şöbəsinin həkim-məsləhətçisi Şahin Biləndərli və Lənkəran rayon bölməsinin sədri Zəfər Miriyev iştirak etdilər.
Yeni layihə Məktəb və icmalarda Fəlakət risklərinin azadılması 3 rayonda - Lənkəran, Lerik və  Astarada icra ediləcəkdir. Bu layihənin həyata keçirilməsində əsas məqsəd - əhalinin maarifləndirməsi və fövqəladə halların qarşısının mümkün qədər tez aradan qaldırılmasıdır.
Simona Rescigno işçi qrup ilə görüşərək layihə üzrə suallara cavab verib və fövqəladə hallara çevik reaksiyanın verilməsinin vacibliyini vurğulayıb. Elşən Səlimzadə tərəfindən tərtib edilən İş planı qrup ilə müzakirə edilib və növbəti mərhələlər müzakirə olunub.