AzQAC-ın əməkdaşları Türk Qızılayın nümayəndələri ilə birgə 11 nömrəli internat məktəbinə ziyarət ediblər
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları Türk Qızılayın nümayəndələri ilə birgə 11 nömrəli internat məktəbinə ziyarət ediblər
15 mart 2025-ci il tarixində “Dünya Kimsəsizlər Günü”ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Türk Qızılayın birgə dəstəyi ilə Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən11 nömrəli inteqrasiya təlimli internat məktəbinəziyarət təşkil edilib. Tədbir çərçivəsində iki aksiya –qida yardımıvəgeyim yardımıproqramları həyata keçirilib. Ümumilikdə300-dan çox uşağayardım paylanılıb. Yardım kampaniyasındaAzQAC-ın icraçı katibinin müavini Elşən Səlimzadə, Türk Qızılayın Azərbaycandakı nümayəndəsi Hüseyin Çıtak, Sabunçu rayon bölməsinin sədri Kərimov İlham, İnformasiya və İctimai Əlaqələr Şöbəsinin müdiri Afaq Hüseynzadə və könüllüləriştirak ediblər. Məktəbin direktoruGülnarə AbdullayevaAzQAC və Türk Qızılayın göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib. Sonda xatirə şəkli çəkilib.