AzQAC əməkdaşları yeni layihə üzrə İtaliya Səfirliyində görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC əməkdaşları yeni layihə üzrə İtaliya Səfirliyində görüş keçirib
 Staff members of the Azerbaijan Red Crescent Society held a meeting at the Italian Embassy on a new project.

14 Mart 2025-ci il tarixində AzQAC əməkdaşları İtaliya Səfirliyində görüş keçiriblər. Görüşdə İcraçı katibin müavini Elşən Səlimzadə, Sağlamlıq və Qayğı Şöbəsinin müdiri Əminə Cabbarova, Cənubi Qafqaz üzrə və İtaliya Qızıl Xaç Nümayəndəsi Simona Rescigno, BQXQACF-nın nümayəndəsi Aleksander Mordovin, İtaliya Səfirliyindən səfir Luca Di Gianfrancesco və səfir müavini Riccardo Cursi ilə görüş keçiriblər. Görüşün əsas mövzusu İtaliya Qızıl Xaç tərəfindən təsdiqlənən “İcma və Məktəb əsaslı Fəlakət Risklərin Azadılması” layihəsi üzrə informasiya mübadiləsi idi. Elşən Səlimzadə layihə haqda  geniş məlumat verib və yaranan sualları cavablandırıb. Əminə Cabbarova Sağlamlıq və qayğı şöbəsinin fəaliyyətlərini işıqlandırıb və layihə üzrə suallara cavab verib. Simona Rescigno Fəlakət Risklərin Azadılması üzrə Azərbaycanda aparılan PPRD layihəsindən və bu yeni layihənin başlanması haqda məlumat ilə tanış edildi. İtaliya Səfiri humanitar fəaliyyətlərə və  ölkədə FHN-nin apardığı işlərə dair böyuk maraq göstərib.