AzQAC Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə rəsm müsabiqəsinin növbəti tədbiri keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə rəsm müsabiqəsinin növbəti tədbiri keçirilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik yubileyi münasibəti ilə Sumqayıt Regional Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhəri ümumtəhsil məktəbləri arasında “Qızıl Aypara 105 il şagirdlərin gözü ilə” rəsm müsabiqəsinin növbəti tədbiri Sumqayıt şəhər 12 saylı tam orta məktəbdə baş tutub. AzQAC Sumqayıt Regional Mərkəzin Koordinatoru Mətanət Məhərrəmova tədbir iştirakçılarını salamlayaraq, sözü Təhsil sektorunun müdiri İman Ağayevə verib. O da öz növbəsində məktəbli şagirdlərin hər zaman yüksək potensiala malik olduğunu vurğulayaraq, belə tədbirlərin onların yaradıcı bacarıqlarını inkişaf etdirməkdə mühüm rol oynadığını qeyd edib. Daha sonra 33 məktəbli şagirdə iştirakçı sertifikatları və hədiyyələr təqdim olunub.