Prezident Administrasiyasının nümayəndələri Azərbaycan Qızıl Aypara Cəmiyyətində olub

Əsas səhifə / XƏBƏRLƏR / Prezident Administrasiyasının nümayəndələri Azərbaycan Qızıl Aypara Cəmiyyətində olub
 Representatives of the Presidential Administration visited the Azerbaijan Red Crescent Society
2025-ci il aprelin 7-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ofisində Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov arasında görüş keçirilib. 
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dövlət dəstəyinin artırılması imkanları müzakirə olunub, gözləntilər diqqətə çatdırılıb, müvafiq qeydlər götürülüb. 
Görüşdə həmçinin Prezident Administrasiyasının QHT-lərlə iş sektorunun təmsilçiləri - Ələkbər Quliyev, Samir Məmmədov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidentləri Qafar Əsgərzadə, Rövşən Əliyev, icraçı katib Ceyhun Mirzəyev və İdarə rəisi,vitse-prezident Əziz Qocayev iştirak edib.