Novruz və Ramazan bayramları ilə əlaqədar miqrant ailələr sevindirilib

Əsas səhifə / XƏBƏRLƏR / Novruz və Ramazan bayramları ilə əlaqədar miqrant ailələr sevindirilib
 Azerbaijan Red Crescent Society provides assistance to migrant families on the occasion of the Novruz and Ramadan holidays

Bayramlar ərəfəsində Aərbaycan Qızıl Aypara Cəmiyyətinin Fondların artırılması Şöbəsinin müdiri Emil Seyidəliyevin  və Miqrasiya şöbəsinin müəllimi Sona Hacıyevanın birgə təşəbbüsü ilə  miqrantlarla görüş keçirilib.
Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun miqrantları iştirak ediblər. Onlara bir qrup xeyirxah insanın təşkil etdiyi Bayram bağlamaları paylanılıb və bayram təbrikləri çatdırılıb. Novruz bayramı münasibətilə 25, müqəddəs Ramazan bayramı münasibətilə isə 23 miqrant ailəsinə bağlamalar (bayram ərzağı və qurban əti) verilib. Bundan əlavə 10-dan çox ehtiyacı olan çoxuşaqlı ailəyə xaricdə yaşayan xeyirxah həmyerlimiz tərəfindən maddi dəstək də göstərilib.