Hər il dünyada 7 Aprel Ümumdünya Sağlamlıq
Günü kimi qeyd edilir. 7 aprel 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının
Konstitusiyası qüvvəyə minib və buna əsasən
hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd edilir.
Belə ki, aprel ayın 3-də Azərbaycan
Qızıl Aypara Cəmiyyəti, “Güvən” dayə xidməti və təşkilati dəstək olan “Bella”
şirkəti, Sosial Adaptasiya İnkişafına Yardım İctimai Tədris Mərkəzinin əməkdaşlığı
çərçivəsində maarifləndirici seminar təşkil olunmuşdur. AzQAC-ın əməkdaşı “İcmaya
əsaslanan sağlamlıq” proqramının mütəxəssisi Mətanət Qaraxanova təqdimatla çıxış edib, seminar
iştirakçılarına ana və uşaq sağlamlığı ilə bağlı tövsiyyələr səsləndirib. Tədbirdə
iştirak edən AzQAC-ın miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva və digər təşkilat nümayyəndələri çıxış edərək, bir
daha ana və uşaqların sağlamlığına diqqəti artırmaq üçün maarifləndirmə tədbirlərinin
geniş həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıblar.
Digər tədbirlər, 7 aprel tarixində Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və 2 saylı Baza Tibb Kolecində
keçirilmişdir. Tədbirdə ümumilikdə 60 nəfər iştirak etmişdir. ÜST 7 Aprel
Ümumdünya Sağlamlıq Gününə həsr edilən plakatları seminarlarda istifadə edilmişdir.