Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Qızılayının Azərbaycandakı Nümayəndəsini qəbul edib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Türk Qızılayının Azərbaycandakı Nümayəndəsini qəbul edib
 The President of the Azerbaijan Red Crescent Society receives the Representative of the Turkish Red Crescent in Azerbaijan

10 aprel 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türk Qızıl Ayının ölkəmizdəki nümayəndəsi Hüseyn Çıtak ilə görüş keçirib. Görüş nümayəndənin Azərbaycandakı fəaliyyət müddətinin başa çatması münasibətilə təşkil olunub.
Cəmiyyətin baş ofisində
görüş zamanı Hüseyn Çıtak öz səlahiyyət müddətində həyata keçirilən layihələr və əməkdaşlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. O, Türk Qızıl Ayı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında formalaşmış dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
prezidenti isə öz növbəsində Hüseyn Çıtaka ölkəmizdəki fəaliyyətinə görə təşəkkür edib və gələcək işlərində uğurlar arzulayıb.
Sonda tərəflər  birgə xatirə şək
ili çəkdiriblər.