Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı regional mərkəzində görülən işlərlə bağlı yığıncaq keçirib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı regional mərkəzində görülən işlərlə bağlı yığıncaq keçirib
 Azerbaijan Red Crescent Society held a meeting on the activities implemented by the Baku Regional Center

11 aprel 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Bakı regional mərkəzində cari ilin birinci rübündə görülən işlərlə bağlı yığıncaq keçirib. AzQAC-ın idarə rəisi-vitse-prezident Əziz Qocayevin iştirak etdiyi yığıncaqda cari məsələlərlə yanaşı təşkilati işlər və qarşıda duran məsələlərlə bağlı müzakirələr aparılıb. Həmçinin, həyata keçirilən bütün tədbirlərin AzQAC-ın Baş idarəsi ilə koordinasiyalı şəkildə aparılması, məlumatların mütəmadi olaraq Katibliyin aidiyyəti şöbələri ilə əlaqələndirilməsi tapşırığı verilib.