Azərbaycan Qızıl Aypara Cəmiyyətində tələbələrin istehsalat təcrübəsi davam edir

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətində tələbələrin istehsalat təcrübəsi davam edir
 Students undergo internship at the Azerbaijan Red Crescent Society

Hər il olduğu kimi, bu ilin fevral-may ayları ərzində də Azərbaycan Qızıl Aypara Cəmiyyətində müxtəlif universitetlərin tələbələri istehsalat təcrübəsinə cəlb olunublar. Təcrübə dövründə tələbələr Qızıl Aypara Hərəkatı, ilk yardım, psixososial dəstək, sosial təlimlər, mina və partlamamış hərbi sursatlar üzrə maarifləndirmə, fövqəladə hallar zamanı risklərin azaldılması, yeni könüllülərin cəlb olunması və digər mövzularda keçirilən təlimlərdə iştirak ediblər.
Bundan əlavə, tələbələr bölgə şöbələrimiz tərəfindən həyata keçirilən müxtəlif humanitar fəaliyyətlərə də cəlb olunublar.