Miqrantlara Azərbaycan dili dərsləri uğurla davam edir

Əsas səhifə / XƏBƏRLƏR / Miqrantlara Azərbaycan dili dərsləri uğurla davam edir
 Azerbaijani language course lessons for migrants continue successfully

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Miqrasiya şöbəsində 2013-cü ildən etibarən, hər il oktyabrın 1-dən başlayaraq, Cəmiyyətin prezidenti, millət vəkili cənab Novruz Aslanovun təşəbbüsü ilə miqrant ailələrinə təmənnasız Azərbaycan dili dərsləri keçirilir.
Dərslər həftə ərzində Əfqanıstan və Pakistan vətəndaşı olan miqrantlara müəllimə Sona Hacıyeva tərəfindən həm əyani, həm də onlayn formada tədris olunur.
Tədris zamanı iştirakçılara Azərbaycan dili qrammatikası, leksika və danışıq  öyrədilir. Bununla yanaşı, ölkənin tarixi, coğrafiyası, adət-ənənələri, milli mətbəxi və tarixi məkanları barədə də ətraflı məlumat verilir.
Dərslər ümumilikdə 9 ay davam edir. Əvvəlki illərdə hər il 45-55 nəfər kursu bitirərək Cəmiyyətin şəhadətnaməsini əldə edirdisə, son illərdə mövcud şəraitlə əlaqədar bu rəqəm 20-25 nəfər civarındadır.
Hazırda kursda 22 nəfər əfqan və pakistanlı müdavimlər böyük maraqla dərslərdə iştirak etməyə davam edirlər.