Miqrant uşaqlar festivalda iştirak ediblər

Əsas səhifə / XƏBƏRLƏR / Miqrant uşaqlar festivalda iştirak ediblər

Ötən həftə 10 -13 aprel tarixində Bakı İdman Sarayında silsilə mövzularla maraqlı və əyləncəli IV Uşaq Kitab Festivalı keçirilib. Hər gün festivalda fərqli mövzularla bağlı tamaşa və söhbətlər, eləcə də tanınmış insanlarla görüşlər təşkil edilib. 12 aprel milli geyimlərə, 13 aprel isə nağıl qəhrəmanlarına həsr edilib. “Green Star Academy” təhsil mərkəzinin dəvəti ilə miqrant şagirdlər də bu tarixlərdəki tədbir və tamaşalarda iştirak ediblər. Tədbirə millət vəkilləri, şairlər və pedaqoqlar, valideynlər də qatılıblar.
“Mənim nağıl qəhrəmanım” gününü keçirməkdə məqsəd uşaqlara nağılları, kitabları, eləcə də folklorumuzu sevdirmək və kitabla bağlı xoş xatirələr yaşatmaq olub.
Miqrant məktəblilər və valideynlər bu dəvət üçün Qızıl Aypara Cəmiyyətinin miqrasiya şöbəsinə, müəllimə Sona Hacıyevaya və “Green Star Academy” təhsil mərkəzinin rəhbəri Aysel Rəsulzadəyə təşəkkür ediblər.