“İdrak” liseyinin şagirdləri Azərbaycan Qızıl Aypara Cəmiyyətində

Əsas səhifə / XƏBƏRLƏR / “İdrak” liseyinin şagirdləri Azərbaycan Qızıl Aypara Cəmiyyətində
 Students of the “Idrak” lyceum at the headquarters of the Azerbaijan Red Crescent Society

22 aprel 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş Qərargahında Gənclər Komitəsinin təşkilatçılığı ilə “İdrak” liseyinin müəllim və şagirdləri üçün Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tarixi ilə bağlı tədbir keçirilib. Tədbirdə ilk öncə təlimçi Nigar Rüstəmzadə tərəfindən Qızıl Aypara Cəmiyyətinin tarixi haqqında şagirdlərə geniş məlumat verilib. Daha sonra Hərəkatın yaranması haqqında “Bir tarixin ideyası” cizgi filmi izlənilib. Şagirdlər tərəfindən verilən suallar diskussiya şəklində davam etdirilib. Sonda şagirdlərə Qızıl Aypara Cəmiyyəti tərəfindən hədiyyələr təqdim olunmuşdur. Liseyin müəllimləri tədbirin təşkili üçün Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə və əməkdaşlarına öz dərin minnətdarlığını bildiriblər.