AzQAC-ın əməkdaşları sağlamlıqla bağlı maarifləndirici tədbir keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları sağlamlıqla bağlı maarifləndirici tədbir keçirib
AzQAC-n
“İcmaya əsaslanan sağlamlıq” proqramı üzrə sağlamlıqla bağlı aparılan maarifləndirici tədbirlər
müxtəlif dövlət və QHT ilə əməkdaşlıq mütəmadi şəkildə həyata keçirilir. Belə təşkilatlardan
biri “Sağlam gələcək naminə” QHT Koalisiyasıdır ki o, AzQAC ilə birgə gənclər
arasında sağlamlıqla bağlı maarifləndirici tədbirləri təşkil edib. Belə ki,
2025-ci il 22 aprel tarixində 7 saylı Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrə sağlamlıqla bağlı maarifləndirici
tədbir təşkil edilib. Tədbirdə müəllim, tələbələr, ümumilikdə, 200 nəfər iştirak edib. AzQAC-ın “İcmaya əsaslanan
sağlamlıq” proqramının mütəxəssisi M.Qaraxanova tədbir iştirakçılarına ÜST-n
sağlamlığın qorunmasında profilaktik tədbirlərin və bu işdə maarifləndirilmənin
əhəmiyyəti barədə təqdimatla çıxış edib. O, həmçinin ÜST-ün dünyada Vərəmlə mübarizə üzrə həyata
keçirdiyi mübarizə tədbirləri barədə də
geniş məlumatları təqdim edib. Sonda iştirakçıların verdiyi suallar cavablandırılıb.