AzQAC-ın əməkdaşları sağlamlıqla bağlı tələbələrə maarifləndirici tədbir keçirib

Əsas səhifə / XƏBƏRLƏR / AzQAC-ın əməkdaşları sağlamlıqla bağlı tələbələrə maarifləndirici tədbir keçirib
 Azerbaijan Red Crescent Society staff hold health awareness events for student

 Hər il olduğu kimi, bu ilin fevral-may ayları ərzində də Azərbaycan Qızıl Aypara Cəmiyyətində müxtəlif universitetlərdən olan tələbələr istehsalat təcrübəsinə cəlb olunublar. Onlara sağlamlıq və qayğı şöbəsinin təlimatçısı Mətanət Qaraxanova tərəfindən sağlamlıq barədə geniş məlumat verilib. Təcrübə dövründə tələbələr Qızıl Aypara Hərəkatı, sosial təlimlər, mina və partlamamış hərbi sursatlar üzrə maarifləndirmə, fövqəladə hallar zamanı risklərin azaldılması, yeni könüllülərin cəlb olunması və digər mövzularda keçirilən təlimlərdə iştirak ediblər. Bundan əlavə, tələbələr yerli bölgələrimiz tərəfindən həyata keçirilən müxtəlif humanitar fəaliyyətlərə də cəlb olunublar.