Qlobal Cənub QHT Platformasının Təsis Konfransı Keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / Qlobal Cənub QHT Platformasının Təsis Konfransı Keçirilib
 The Founding Conference of the Global South NGOs Platform was held

27-28 aprel 2025-ci il tarixində Bakıda 116 ölkənin nüfuzlu qeyri-hökumət təşkilatlarının iştirakı ilə ilk dəfə Qlobal Cənub QHT Platformasının təsis konfransı keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən QHT nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai və dövlət qurumlarının rəsmiləri iştirak ediblər.
 
Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Prezident müraciətində Azərbaycanın Qlobal Cənub dövlətləri ilə həmrəyliyə böyük önəm verdiyini, qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində və humanitar dəyərlərin təşviqində mühüm rol oynadığını vurğulayıb.
 
Konfransda Azərbaycanın aparıcı qeyri-hökumət təşkilatlarının rəhbərləri də iştirak ediblər. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov da tədbirdə iştirak edib. Təsis konfransı çərçivəsində Qlobal Cənub QHT Platformasının əsas fəaliyyət istiqamətləri müəyyən edilib, əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub və təsis sənədləri imzalanıb.