AzQAC Nərimanov Rayon Bölməsi tərəfindən humanitar tədbir həyata keçirib
Əsas səhifə / XƏBƏRLƏR / AzQAC Nərimanov Rayon Bölməsi tərəfindən humanitar tədbir həyata keçirib
26 aprel
2025-ci il tarixində Çernobıl hadisəsinin 39-cu ildönümü ilə əlaqədar QAC Nərimanov
Rayon Bölməsi tərəfindən humanitar tədbir həyata keçirilib. Tədbirdə 1986-cı
ildə Ukraynada baş vermiş bəşəriyyətin faciəsi sayılan texnogen qəza zamanı zərər
çəkmiş bir qrup əlilə, həmin hadisə ilə əlaqədar sonradan dünyasını dəyişmiş
insanların ailə üzvlərinə maddi yardımlar verilmiş, eyni zamanda tədbir iştirakçıları
və qonaqlar üçün “KOSMOS” restoranında nahar süfrəsi təşkil olunmuşdur. Tədbirin
sonunda AR Çernobıl Əlillər İttifaqının sədr müavini Kamal Əliyev rəhbərlik və
iştirakçılar adından Azərbaycan Qızıl
Aypara Cəmiyyətinə və onun yerli bölməsinə bu xeyirxah tədbirə görə öz minnətdarlığını
bildirmişdir.