Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti İsmayıllı rayonunun sakinləri ilə növbəti görüş keçirib

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti İsmayıllı rayonunun sakinləri ilə növbəti görüş keçirib
 President of the Azerbaijan Red Crescent Society held another meeting with the residents of Ismayilli district

30 aprel 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov İsmayıllı rayonunun sakinləri ilə növbəti görüş keçirib.
Bu görüş rayonun Soltankənd kəndində baş tutub. Görüşdə Soltankəndlə yanaşı, qonşu Uştal kəndinin də sakinləri iştirak ediblər.
Tədbirin gedişində vətəndaşları narahat edən sosial yönümlü məsələlər və şəxsi müraciətlər müzakirə olunub. Xüsusən hər iki kəndin işıqla bağlı təchizatında müəyyən problemlərin olduğu deputatın diqqətinə çatdırılıb. Novruzəli Aslanov sakinlər tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq, onların həlli məqsədilə müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və təxirəsalınmaz tədbirlərin görüləcəyini bildirib.
Deputat Novruzəli Aslanovun keçirdiyi görüşdə iştirak edən Soltankənd və Uştal kəndlərinin sakinləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri ölkəmizin Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.