Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun miqrant şagirdləri bu il də “Yanar dağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyaya gediblər

Əsas səhifə / XƏBƏRLƏR / Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Azərbaycan dili kursunun miqrant şagirdləri bu il də “Yanar dağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyaya gediblər
 Migrant students of the Azerbaijan Red Crescent Society's Azerbaijani language course are once again on an excursion to the State Historical, Cultural and Natural Reserve "Yanar Dagh"

12 ildən artıqdır ki, AzQAC-ın ölkəyə gələn miqrant ailələrə ödənişsiz Azərbaycan dili dərslərinin keçilməsini uğurla davam etdirir. Miqrant valideynlər və uşaqlarına Azərbaycan dili ilə yanaşı  Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, mətbəxi, sosial-iqtisadi həyatı və ibtidai riyazi biliklər haqqında da geniş məlumat verilir.  Hər il olduğu kimi bu ilin aprel ayında da miqrant ailələr və övladları (21 nəfər) üçün “Yanardağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğuna ekskursiya - əyani dərs təşkil edilib. Tədbirdə miqrant şagirdləri çox gözəl vaxt keçirmiş, müəllimə Sona Hacıyevanın açıq və qapalı muzeylərdə sərgilənən, qazıntılar zamanı tapılmış tarixi əşyalar və daş kitabələr, Yanardağ ərazisi və tarixi   barədə verdiyi maraqlı məlumatları dinləmişlər.Günboyu maraqlı gəzintidən sonra müdavimlər yüngül nahar və çay süfrəsinə dəvət ediliblər. Sonda maraqlı səfər üçün əməyi keçən tərəfdaşlara minnətdarlıq bildiriblər. Gəzinti maraqlı fotolarla yaddaşlara köçürülüb və ayparanişanlı bayraqlar ilə kollektiv foto muzeyin xatirə lövhəsi üçün çəkilib.