4 may – II Qarabağ müharibəsinin yeganə şəhid qadını Arəstə
Baxışovanın doğum günüdür.
Arəstə Baxışova Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi
uğrunda qarşıya qoyulan tapşırıqları yerinə yetirərkən yaralanmış əsgərlərə
ilkin tibbi yardım göstərməkdə və onların döyüş meydanından təxliyə edilməsində
fəallıq göstərmiş, vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak
olmuşdur.
2021-ci il mayın 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin
Cenevrədə keçirilən “Florence Nightingale” medalının 48-ci təqdimetmə mərasimində
“Beynəlxalq Tibb Bacıları Günü” münasibətilə A. Baxışova bu nüfuzlu medala
layiq görülmüşdür. “Florence Nightingale” medalı silahlı münaqişə və ya təbii fəlakət
qurbanlarına müstəsna yardım göstərən, insanlığın sağlamlığına və tibb sahəsində
qabaqcıl xidmətləri ilə seçilən şəxslərə təqdim olunur.
2025-ci il mayın 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları,
kollektivi və könüllüləri onun əziz xatirəsini ehtiramla yad edirlər.