5 may 2025-ci il tarixində AzQAC və BQXK arasında qarşılıqlı görüş keçirilib. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruzəli Aslanov, İcraçı katib Ceyhun Mirzəyev, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi – Dragana Kojic və BQXK-nin Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin Koordinatoru - Muhammad Zubair Xan iştirak edib. İclasda AzQAC və BQXK arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq məsələləri müzakirə olunub.